Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Bordin millimizin oyununda

Bordin millimizin oyununda

Bordin millimizin oyununda"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordin Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının (U-21) yoldaşlıq görüşünü izləyir.  53 yaşlı italiyalı mütəxəssis U-21 yığmamızın macarıstanlı həmyaşıdları ilə qarşılaşmasını seyr etmək üçün "Dalğa Arena"ya təşrif buyurub.
 
Bordin "Neftçi"nin rəhbərliyi - prezident Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovla birgə VİP lojada yer alıb.
 
Xatırladaq ki, "Neftçi" bu gün Bakı Olimpiya Stadionunda yeni baş məşqçisinin təqdimat mərasimini keçirib. 
(Sport24.az)



Geri