Premyer.Az > Çap Et > Nazim Süleymanov: "Legionerlər var ki, ehtiyatda oturur"
Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Nazim Süleymanov: "Legionerlər var ki, ehtiyatda oturur"

Nazim Süleymanov: "Legionerlər var ki, ehtiyatda oturur"

"Hər bir işdə çətinlik var. Çətinlik olmalıdır ki, məqsədə doğru addımlayasan".Bu sözləri Azərbaycan Radiosunda İlkin Babanın aparıcısı olduğu "İdman Radio Jurnalı" verilişinə açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov deyib. Mütəxəssis bildirib ki, komandadan gedən futbolçuların yerinə yenilərini dəvət edəcəklər: "Gedən futbolçuların yerinə transfer çalışmalarımız davam edir. Elə mövqelərimiz var ki, ora yeni futbolçular cəlb edəcəyik. Komandanın strategiyası yalnız yerli futbolçularla bağlıdır. Biz də yerli futbolçularla maksimum nəticə qazanmağa çalışacağıq. Digər tərəfdən legionerlər var ki, gəlir, amma ehtiyatda oturur. Onlardandırsa oynayan yerli futbolçular yaxşıdır".



Geri