Premyer.Az > Xəbərlər / Futbol / Müsahibələr / Manşet > Roberto Bordin: "Oyunçuları müdafiəyə düzməyəcəm"

Roberto Bordin: "Oyunçuları müdafiəyə düzməyəcəm"

Roberto Bordin: "Oyunçuları müdafiəyə düzməyəcəm""Məni "Neftçi”yə dəvət edən şəxlərə təşəkkür edirəm. Həmçinin İtaliyadan olan agentlərimə təşəkkür etmək istəyirəm. Əminəm ki, uğurlarımızı davam etdirə biləcəyik”. Premyer.az xəbər verir ki, bu sözləri "Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı məşqçi bu gün keçirdiyi mətbuat konfransında "Neftçi”yə təyinatından danışıb: "Prezidentimiz dediyi kimi, bizim üçün gələn mövsüm çətin olacaq. Amma onu da xatırlamaq lazımdı ki, "Neftçi” Azərbaycanın ən titullu komandasıdı. Ümid edirəm ki, mövsümə uğurlu başlayacağıq”.

- "Neftçi”dən təklif aldıqdan sonra komanda haqqında hansı məlumatları toplaya bilmisiniz?

- Mən "Neftçi”ilə əvvəldən tanış idim. Komandanın İtaliya "İnter”inə qarşı oyununu xatırlayıram. Klub prezidenti ilə ilk görüşümüzdə razılıq əldə edə bildik. Ona görə də, hər hansı məlumat toplamağa ehtiyac olmadı.

- "Neftçi” uğurlarının çoxunu yerli məşqçilərlə qazanıb. Bu barədə nə deyə bilərsiniz?

- Mən məşqçi olaraq ambisiyalı şəxsəm. "Neftçi” ilə birlikdə uğurlar qazanacağımıza inanıram. Uğur qazanmaq üçün çalışmalıyıq. Uzun müddətdi ki, bu sahədə çalışıram. Məsuliyyəti dərk edirəm və bu məsuliyyəti sevinclə öz üzərimə götürürəm.

- Yəqin ki, "Neftçi”nin son oyunlarını izləmisiniz. Hansı mövqeyə yeni futbolçu transfer edilməsini tələb edəcəksiniz?

- Komandanın bir neçə oyununu izləmişəm. Heyətlə bağlı rəhbərliklə danışıqlarımız olub. Müəyyən fikirlərimiz var. Gələcəkdə bu məsələlər barədə növbəti danışıqlarımız olacaq.

- Qarşınıza çempionluq hədəfi qoyulubmu? Qoyulubsa, yəqin ki, son illərin çempionu "Qarabağ” haqda məlumatınız var.

- Bildiyiniz kimi, "Neftçi” tarixi ərzində titullar qazanıb və "Qarabağ”dan geri qalmır. Biz keçmişdən yox, gələcəkdən danışmalıyıq.Düşünürəm ki, bu çempionat bütün komandalar üçün çətin olacaq və bu çətinliyin qarşısına çıxmağa hazırıq.

- "Şerif”dən tanıdığınız hansısa futbolçunu "Neftçi”yə cəlb edəcəksiniz?

- Bizim üçün futbolçunun önəmi yoxdu. Əsas odu ki, futbolçu komandamıza xeyir verə bilsin.

- Klubun büdcəsi istədiyiniz futbolçuları trasnfer etməyə imkan verəcək?

- Mənim vəzifəm komandanı hazırlamaqdı. Ona görə də bu haqda danışmaq istəmirəm. Sözsüz ki, klubun səviyyəsin artırmağa çalışacağıq.

- "Neftçi”nin hər iki qapıçısı azərbaycanlıdı. Onların hazırkı durumu sizi qane edir?

- "Neftçi”də 3 yerli qapıçı var. Onlardan biri gəncdi. Qapıçılarımızın klubla müqaviləsi var və onlardan razıyıq.

- İtaliyalı məşqçilər müdafiə futbolu oynamağı sevirlər. Amma "Neftçi” daima qol vurmaq üçün ac olub. Maraqlıdı, yeni komandanızda hansı sistemi tətbiq edəcəksiniz?

- Mən sizi əmin edə bilərəm ki, oyunçuları müdafiəyə düzməyəcəm (gülür). Mən daha çox aqressiv futbola üstünlük vermişəm, 4-3-3 sxemini xoşlayıram. Ancaq oyunun gedişi zamanı taktiki sxemi dəyişə bilərik. Təbii ki, hər bir oyunumuz fərqli olacaq, müdafiə və hücum futbolu sərgiləyəcəyik.

- Məşqçilər korpusunuzda hansı mütəxəssislər yer alacaq?

- Azərbaycan futbolunu bilən yerli məşqçilərlə birgə çalışacağıq. Yerli məşqçilərlə tandem yaradacağıq. Bunu prezidentimizlə görüşdə də müzakirə etmişdik. Amma fiziki hazırlıq üzrə məşqçiçiz xarici olacaq.

- "Şerif”dən ayrılmağınıza səbəb nə idi?

- "Şerif” mənim rəhbərliyim altında kifayət qədər uğur qazandı. Klubumu dəyişmək barədə özüm qərar vermişəm.

- Avropa Liqasında hansısa uğursuzluq əldə etsəniz, vaxt azlığını bəhanə edəcəksiniz?

- Düzdü, ilkin təsnifat mərhələsinə az vaxt qalıb.Qısa zamanda hazırlaşmağa çalışacağıq.

- Azərbaycan çempionatında mübarizə aparan klubların əksəriyyəti eyni mənbədən maliyyələşir. Bu, nə dərəcədə doğrudur?

- Azərbaycan klubları ilə tanış olmuşam. Məni maliyyə məsələləri yox, idman aspektləri maraqlandırır. İdman aspektlərindən əlavə məsələlər məni maraqlandırmır.




Geri