Premyer.Az > Xəbərlər / Futbol > Elvin Məmmədovla Əfran İsmayılov "Sumqayıt"da

Elvin Məmmədovla Əfran İsmayılov "Sumqayıt"da

Baş məşqçi postunu Azərbaycan futbolunun əfsanəsi Nazim Süleymanova tapşıran "Sumqayıt” klubu transfer çalışmalarını davam etdirir. Premyer.az xəbər verir ki, "kimyaçılar” artıq iki futbolçunun keçidini həll edib.

Söhbət milli komandamızın üzvləri – Elvin Məmmədov və Əfran İsmaylovdan gedir. Belə ki, "gənclik şəhəri” təmsilçisi hər iki futbolçu ilə ilkin danışıqları reallaşıb.  Baş məşqçi Nazim Süleymanov razılıq versə, onlarla danışıqlar yekunlaşdırılacaq.
Qeyd edək ki, "Sumqayıt” daha öncə "Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin keçidini həll edib. 




Geri