Premyer.Az > Çap Et > Eddi İsrafilov həbs oluna bilər - 5 İL
Premyer.Az > Xəbərlər / Futbol > Eddi İsrafilov həbs oluna bilər - 5 İL

Eddi İsrafilov həbs oluna bilər - 5 İL

Eddi İsrafilov həbs oluna bilər - 5 İLAzərbaycan milli komandasının keçmiş üzvü Eddi İsrafilov həbs oluna bilər.  Premyer.az xəbər verir ki, "Alkorkon" klubunda çıxış edən futbolçunu 5 ilədək həbs cəzası gözləyir.  

26 yaşlı futbolçu "Eybar" klubunda çıxış etdiyi vaxt komanda yoldaşları - Serxio Erniç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır.  Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Futbolçular videonu Eddi İsrafilova ötürüblər.
Videonu yayan futbolçular, həmçinin İsrafilovu qanunlara əsasən, 2 ildən 5 ilədək həbs cəzası gözləyir. İki ilə yaxındır davam edən məhkəmənin yaxın vaxtlarda yekun qərarı açıqlayacağı gözlənilir. 
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alıb.  Yığmamızın yeni baş məşqçisi Qurban Qurbanov hələlik "Alkorkon"da möhkəmlənə bilməyən futbolçuya dəvət göndərməyib.  




Geri