Premyer.Az > Xəbərlər / Futbol / Özəl fotolar > Qriqorçuk "Astana"da

Qriqorçuk "Astana"da

Qriqorçuk "Astana"da"Qəbələ"dən ayrılan Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.  Ukraynalı məşqçi karyerasını Qazaxıstanda davam etdirəcək.  

53 yaşlı mütəxəssis "Astana" klubu ilə razılıq əldə edib.  Premyer Liqa təmsilçisi Qriqorçukla razılıq əldə etdiyini bu gün rəsmən bəyan edəcək.  Ukraynalı mütəxəssis artıq Astanadadır.
Təcrübəli mütəxəssis bu postda Qiroqri Babayanı əvəzləyəcək. 
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. "Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən "Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.




Geri