Premyer.Az > Xəbərlər / Futbol / Yazılar / Manşet > "Klubda bacıoğlu bir dənədir" - YAZI

"Klubda bacıoğlu bir dənədir" - YAZI

"Klubda bacıoğlu bir dənədir" - YAZIBəxtiyar filmindən gətdirdiyim bu sitat hal-hazırda Tərlan Əhmədovun "Neftçi”dəki mövqeyini çox yaxşı ifadə edir. Bir tərəfdə rəhbərliyin komandadan gedəcəyi günü gözlədiyi Tərlan Əhmədov, digər tərəfdə isə Ramin Musayevin "Neftçi”də saxlamağa çalışdığı adamı...
Tərlan Əhmədov bəzi media orqanlarındakı dostları sayəsində özünə müsbət imic qazanmağa çalışır. Gəlin, sizə bir iki məqamdan bəhs edim. Deməli, bu gün haqqdan, haqqının halal edilməsi ssenarisindən dəm vuran Əhmədovun vaxtilə kimlərin haqqına girdiyini bilməyən yoxdur. Kiçik bir nümunə...
AZAL-da çalışdığı vaxt hal-hazırda Şüvəlan komandasının baş məşqçisi olan Aqil Nəbiyev rəhbərliyin istəyi ilə kluba dəvət olunur. Yəni, birbaşa müqaviləyə. Amma bizim bu "düzgün adam” Aqil Nəbiyevin başına açmadığı oyun qalmır. Əvvəlcə onu müqavilədən əvvəl komandada baxışda olmağını (!) tələb edir. Sonra isə futbolçuların paltardəyişmə otağında Aqil Nəbiyevin məşq paltarını geyinməsinə izacə vermir. Konkret tapşırıq verir ki, Nəbiyev paltardəyişə otağına daxil ola bilməz. Əlazcız qalan futbolçu paltarını koridorda dəyişməyə məcbur qalır.  Sonrası da məlumdur. Aqil AZAL-da görünmədi...
Ötən aylarda Futbolpress.az saytında Tərlan Əhmədovla bağlı bir məsələ gündəmə gətirilmişdi. Əslində, hamının şahidi olduğu amma dilə gətirmədiyi məsələ... Ramin Musayevin Antalyada jurnalistlərə "Tərlan klubdan kənar başqa işlərlə məşğul olur” dediyi məsələ...Adını qəlyan qoyduğunuz məsələ.. Hə, elə o...  Jurnalistlərin Antalya Hava Limanında rastlaşdığı məsələ... Hacıya salam olsun...
İndi də "Neftçi”nin Avroliqaya vəsiqə qazanmasını bu "məsum”u oynayan Tərlan Əhmədovun adına yazmaq? Güldürməyin özünüzü... Yazının əvvəlində qeyd etmişdim axı, "Klubda bacıoğlu bir dənədir”.  O da işsiz qalsın? Anlayacağınız güc və onu əldə edə bilməyən zəiflər var. Bu gün o "zəif”lər yıxılmamağın mübarizəsini aparır. Elə olmasaydı nə Tərlan Əhmədov Avroliqaya düşərdi, nə də o məşhur deyim yaddan çıxardı: "Neftçi”nin udan günü var ki?”.
Və sonda... Xaç atası filmində məşhur bir sitat var: "Mənə məsum olduğunu demə, çünki bu mənim zəkama təhqirdir”.  Qısası, mətbuatda öz xeyrinə xəbərlər yazılmasına vəsilə ola bilərsən, amma hamı hər kəsi də, səni də yaxşı tanıyır...
 
Elvin Yusifli / Premyer.az üçün



Geri