Premyer.Az > Xəbərlər / Futbol > "Olimpiakos"a sərt cəza: 3 xalı silindi

"Olimpiakos"a sərt cəza: 3 xalı silindi

"Olimpiakos"a sərt cəza: 3 xalı silindiYunanıstan Futbol Federasiyasının İntizam Komitəsi "Olimpiakos"u cəzalandırıb. Buna ölkə çempionatında AEK-lə ev oyununda klubun azarkeşlərinin etdiyi hərəkət səbəb olub.
"Olimpiakos" AEK-lə qarşılaşmanın 90+4-cü dəqiqəsində qol buraxaraq, 1:2 hesabı ilə uduzub. Görüş bitdikdən sonra  azarkeşlər meydana qaçaraq, pirotexniki vasitələrdən isfadə ediblər və reklam lövhələrini sındırıblar. Polislər azarkeşləri sakitləşirməküçün gözyaşardıcı qazdan istifadə edib. Baş verənlərə görə, klubun 3 xalı silinib. Bundan başqa, "Olimpiakos" qarşıdakı iki ev oyununu azarkeşsiz keçirəcək. Klub eyni zamanda 90 min avro məbləğində cərimələnib.
"Olimpiakos"un qərardan apellyasiya verəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda "Olimpiakos" lider PAOK-dan 9 xal geridə qalaraq 40 xalla 3-cü pillədə qərarlaşıb.



Geri