Premyer.Az > Xəbərlər / Futbol > “İnter Arena” yararsız duruma düşür

“İnter Arena” yararsız duruma düşür

“İnter Arena” yararsız duruma düşürAzərbaycan futbolununda ən ciddi problemlərdən biri meydanlarla bağlıdı.

Süni örtük onsuz da dərddi, təbii örtüklü meydanları isə saxlayacaq mütəxəssislərimiz yoxdur. Külli miqdarda vəsait xərclənən Gəncə şəhər stadionunun hazırkı durumu yazdıqlarımıza əyani sübutdur.  "Keşlə” klubunun əsas və əvəzedici heyətinin istifadə etdiyi "İnter Arena”nın süni örtüyü demək olar ki, yararsız vəziyyətə düşüb. Vaxtilə "İnter”dən alınan və "Aqrokredit” şirkətinə verilən stadion demək olar ki, yararsız durumdadı və qazon futbol oynamaq üçün ideal deyil. Topaz Premyer Liqasının XV turunun "Keşlə” – "Səbail” oyunundan sonra futbolçular məhz qazondan ciddi narazı qalıblar.
Qeyd edək ki, dəyişdirilməsi gündəmdə olmayan qazondan bundan sonra I Divizion klubu "Xəzər” də istifadə edəcək.
(Futbol11.az)




Geri