Premyer.Az > Çap Et > Əfran İsmayılovdan xoş xəbər
Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Əfran İsmayılovdan xoş xəbər

Əfran İsmayılovdan xoş xəbər

"Qarabağ"ın futbolçusu Əfran İsmayılov zədəsini sağaldıb.  Millimizin Moldovaya qarşı keçirdiyi yoxlama oyununda zədə alan yarımmüdafiəçi sıralara dönməyə hazırdır.

Belə ki, təcrübəli futbolçu 2 gün sonra komanda ilə məşqlərə start verəcək. O,  Topaz Premyer Liqasının XVI turunda "Səbail"lə qarşılaşmada komandasına kömək edə biləcək.
Qeyd edək ki, Əfran Moldova ilə görüşün ilk hissəsində zədə alaraq, Ruslan Qurbanovla əvəzlənmişdi. 




Geri