Premyer.Az > Çap Et > Millinin baş məşqçisinin “Qarabağ”a gəlişinin təfərrüatları
Premyer.Az > Xəbərlər / Futbol / Manşet > Millinin baş məşqçisinin “Qarabağ”a gəlişinin təfərrüatları

Millinin baş məşqçisinin “Qarabağ”a gəlişinin təfərrüatları

Millinin baş məşqçisinin “Qarabağ”a gəlişinin təfərrüatlarıQurban Qurbanovun gəlişindən sonra nəinki milli komandalarımızda, eyni zamanda klublarımızda da dəyişiklik baş verdi.

Belə ki, bir sıra məşqçilər milliyə cəlb olunduqdan sonra klublardakı işlərini itirdilər. Bunlardan biri də U-18 millimizə rəhbərlik edən Zaur Həşimov oldu.  "Zirə”dən ayrılan Həşimov sırf millimizdə çalışacaq. 
Amma onunla bağlı son yayılan informasiya kifayət qədər maraqlıdır. Belə ki, Həşimovun "Qarabağ”ın U-19 komandasında Rəşad Sadıqovu əvəzləyəcəyi deyilir. Həşimov "Qarabağ”ın U-19 komandasının məşqlərinə gedib-gəlsə də məsələnin mahiyyəti tam başqadır. Belə ki,  Zaur Həşimovun "Qarabağ”a hər hansı bir təyinatı gerçəkləşməyib. Sadəcə, "Qarabağ”ın U-19 komandası millinin əsasını təşkil etdiyi üçün Həşimov bu komandanın məşqlərinə qatılmağı çalışdırıcı Rəşad Sadıqovdan xahiş edib və buna müsbət cavab alıb. Həşimov vaxtilə "Qarabağ”da oynadığına və çalışdığına görə, özünü bu komandaya və rəhbərliyə bir köynək yaxın hesab edir. Həm aktiv futboldan kənarda qalmamaq, həm də millinin potensial üzvlərini daha yaxından tanımaq üçün Həşimov "Qarabağ”ın U-19 komandasının məşqlərində iştirak edəcək.

Futbol11.az



Geri