Premyer.Az > Xəbərlər / Futbol / Layihələr > U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?

U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?

U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Het-trik news" qəzetinin növbəti yazısı. Sabah U-16 Liqasında 19-cu turun oyunları keçiriləcək. «Qəbələ» - «Vətən» matçı təxirə salınıb. Səbəb «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasıdır.  Qarşılaşma təqvimdə nəzərdə tutulan boş günlərdən birinə təyin olunacaq. Bu barədə əlavə məlumat verəcəyik.
«Kəpəz»in buraxacağı bu turda digər 4 oyunun keçirilməsində hansısa problem yoxdur. Bu oyunlardan ən çox maraq doğuranı «Zirə» - «Neftçi» matçıdır. Turnir cədvəlində 2-3-cü yerdə qərarlaşan komandaların qarşılaşmasını turun mərkəzi oyunu da adlandırmaq olar.
 
U-16 Liqası: Turun mərkəzi oyunu niyə təxirə düşdü?08 fevral (cümə axşamı)
12:00 «Zirə» - «Neftçi» (Aviasiya Akademiyasının stadionu)
13:00 «Səbail» - «Keşlə» («Bayıl Arena»)
14:00 «Turan» - «Qarabağ» (Tovuz şəhər stadionu)
14:00 «Sumqayıt» - «Neftçi» İK İB (Sumqayıt şəhəri, «Kapitalbank Arena»)
 
Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.

 





Geri