Premyer.Az > Xəbərlər / Futbol / Yazılar / Özəl fotolar / Manşet > "Xəzər Lənkəran" azarkeşinin fərqi: İllərdir qorunan forma sahibinə verildi (FOTO)

"Xəzər Lənkəran" azarkeşinin fərqi: İllərdir qorunan forma sahibinə verildi (FOTO)

"Xəzər Lənkəran" azarkeşinin fərqi: İllərdir qorunan forma sahibinə verildi (FOTO)Əslində, indiki zəmanədə komandasına, futbolçusuna sahib çıxan çox az sayda azarkeş görürük. Əvvəl durum fəqli idi. Azarkeşlərin birliyi, bütövlüyü var idi. O birlikdən komanda da, futbolçu da güc alırdı. Elə futbolçular da var idi ki, adı 90 dəqiqə ərzində arenanı inlədirdi. Çünki o futbolçu da komandasına, rənglərinə könül vermiş olur. Ötən həftə vaxtilə  "Xəzər Lənkəran” formasını geymiş Füzuli Məmmədov Azərbaycan Radiosunda qonağım idi. Həmsöhbətim bütün komandaların azarkeşlərinə hörmətinin olduğunu, ancaq "Xəzər Lənkəran” azarkeşi deyildiyi vaxt axan suların da durduğunu dedi. Bir misal da çəkmişdi ki, İqor Ponamoryov Lənkəran komandasına baş məşqçi gələndə, Füzulini komandada istəməyib. O da "Simurq”a icarəyə verilib. Zaqatala klubu "Xəzər Lənkəran” səfərinə gəlir. Füzuli də "Simurq”un heyətində doğma meydana "qonaq” kimi addım atır. Elə bu anda stadionu doldurmuş bütün "Xəzər Lənkəran” azarkeşləri Füzuli deyə qışqırmağa başlayır. Top onda olanda bütün stadion onu alqışlayır. O danışırdı, mən isə qəribə hisslərə köklənmişdim. Komandanın yoxluğu, azarkeşlərin pərən-pərən düşməsi...
... Və bu gün... Füzuli Məmmədov "Səbail” U-17 komandasının baş məşqçisi kimi Lənkərana səfər edib. Oyunda Füzulinin komandası 4-0 hesabı ilə qələbə qazanıb. Amma ona ən böyük mükafatı yenə "Xəzər Lənkəran” azarkeşi verib. Vaxtilə Məmmədovun imzalayıb, azarkeşə təqdim etdiyi, illərdir göz bəbəyi kimi qorunan "6 nömrə”si əsl sahibinə hədiyyə edilib. Bax, budur "Xəzər Lənkəran” azarkeşi və onun fərqi....
 
İlkin Baba



Geri