Premyer.Az > Xəbərlər / Futbol > "Neftçi" Makedoniya klubu ilə üz-üzə gələcək

"Neftçi" Makedoniya klubu ilə üz-üzə gələcək

"Neftçi" Makedoniya klubu ilə üz-üzə gələcək"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib. Komanda yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.




Geri