Premyer.Az > Xəbərlər / Futbol > "Keşlə" baxışa iki legioner dəvət edib

"Keşlə" baxışa iki legioner dəvət edib

Transfer çalışmalarını davam etdirən "Keşlə" baxışa iki legioner dəvət edib. Dünən Bakıya gələn Kamerun millisinin sabiq futbolçusu Herve Tçami komandanın axşam məşqində iştirak edib.  Bu gün səhər isə serbiyalı yarımmüdafiəçi Nemanya Stayanoviç komandaya qoşulub.

Qeyd edək ki, Herve Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feirense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib. O, son olaraq Səudiyyə Ərəbistanın "Hacer” komandasında oynayıb.

Nemanya Stayanoviç isə karyerası ərzində əsasən ölkəsində çıxış edib. Onun sonuncu klubu Serbiya "Drina"sı olub.

Hər iki futbolçu sabah "Qaradağ Lökbatan"la keçiriləcək yoxlama oyununda iştirak edəcək. Onların durumu baş məşqçi Yusi Maksimovu qane etsə, hər ikisi ilə müqavilə bağlanacaq.



Geri