Premyer.Az > Xəbərlər / Futbol > "Qaradağ Lökbatan"da baş məşqçi dəyişikliyi?

"Qaradağ Lökbatan"da baş məşqçi dəyişikliyi?

"Qaradağ Lökbatan"da baş məşqçi dəyişikliyi?I divizonda VIII tura yekun vurulub. 8 oyundan sonra çempionata 20 xalla "Qaradağ Lökbatan" klubu başçılıq edir. Komanda son turda "Turan Tovuz"la xalları yarı bölüb. 
 
Qazanılan uğurlu nəticələr Həbəb Ağayevin kreslosunu yalnız bir neçə həftəlik möhkəmləndirib. Azər Bağırovu əvəzləyən gənc çalışdırıcının yerinə daha təcrübəli birinin gətirilməsi yenə gözləniləndi.
 
Çünki klub rəhbərliyi gələn mövsüm Premyer Liqaya buraxılacağına ümid edir və Ağayevə bu yola çıxmaq istəmir. (sportinfo.az)



Geri