Premyer.Az > Xəbərlər / Futbol / Manşet > "Qarabağ"ın mətbuat katibindən etiraz: Pulunuzu verib, biletinizi alın (FOTO)

"Qarabağ"ın mətbuat katibindən etiraz: Pulunuzu verib, biletinizi alın (FOTO)

"Qarabağ"ın mətbuat katibindən etiraz: Pulunuzu verib, biletinizi alın (FOTO)Məlum olduğu kimi, son ölkə çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində avqustun 15-i Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq. Oyuna marağın böyük olduğu, bu gün bilet satışına start verilməsi ilə bir daha bəlli oldu. Görünən odur ki, xeyli azarkeş bilet almaq əvəzinə, klubdan müxtəlif vasitələrlə bilet əldə etmək istəyindədirlər. Bu məsələdə əsas "narahat edilən" isə mətbuat katibi Nurlan İbrahimov olur. İbrahimov sosial şəbəkədə etdiyi paylaşımla qapalı da olsa bu hala etiraz edib. O, "Qarabağ"ın futbolçusu Qara Qarayevin öz pulu ilə kassadan bilet aldığı fotonu paylaşaraq yazıb: "Vallahi-billahi, "Qarabağ" FK-nın futbolçusu Qara Qarayev pulunu verib 'Qarabağ' - 'Kopenhagen' oyununa bilet aldı".



Geri