» » "Qarabağ"a texniki məğlubiyyət verildi

"Qarabağ"a texniki məğlubiyyət verildi

"Qarabağ"a texniki məğlubiyyət verildiBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda bu qərarlar qəbul olunub:
20 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun "Qarabağ” – "Səbail” matçında "Qarabağ” klubunun heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 8000 manat cərimə olunur (maddə 51).
21 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun "Keşlə” – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
21 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun "Sumqayıt” – "Sabah” matçında "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
Oyunun 15-ci dəqiqəsində "Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
20 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının VIII turunun "Qəbələ” – "Neftçi” matçının 67-ci dəqiqəsində "Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 64-cü dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Oyunun 62-ci dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
"Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. "Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Neftçi” klubu tərəfindən ödənilsin.
19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Sumqayıt-2” – "Neftçi-2” matçında "Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun başlama vaxtı təyin olunduğunnan 4 dəqiqə gec başladığına görə "Sumqayıt-2” klubu 240 manat cərimə olunur (maddə 53.3).
19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Kəpəz” – "Keşlə-2” matçında "Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Şüvəlan” – "Zaqatala” matçının 84-cü dəqiqəsində "Şüvəlan” klubunun 11 №-li futbolçusu Murad Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Ağsu” – "Qarabağ-2” matçında "Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
19 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Səbail-2” – MOİK matçının 54-cü dəqiqəsində "Səbail” klubunun 64 №-li futbolçusu Sərxan Əhmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Oyunun 66-cı dəqiqəsində MOİK klubunun 99 №-li futbolçusu Bahadur Həziyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
18 oktyabr 2018-ci il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun VII turunun "Zirə-2” – "Qaradağ Lökbatan” matçında "Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyun təyin oldunduğu vaxtdan 8 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunur (maddə 53.3).

143     
Reklam

Reklam