» » AFFA ukraynalı məşqçinin cəzasını azaltdı

AFFA ukraynalı məşqçinin cəzasını azaltdı

AFFA ukraynalı məşqçinin cəzasını azaltdıAFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Aparılmış müzakirələrdən sonra "Sumqayıt” tərəfindən sabiq məşqçisi Anton Dioçenkonun cəzası ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

"Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş "Keşlə” – "Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq komandanın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib. Ukraynalı mütəxəssisin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.
Qeyd edək ki, Dioçenko "Sumqayıt”dan ayrılıb və ölkəsinə dönüb.
26     
Reklam

Reklam