» » Millimiz qələbə qazandı

Millimiz qələbə qazandı

Millətlər Liqasında III tura start verilib.  D liqasında çıxış edən Azərbaycan yığması növbəti oyununu keçirib.

İlk iki görüşdə qələbə qazana bilməyən Qurban Qurbanovun yetirmələri Farer adaları ilə görüşüb. Qrup qalibi adı uğrunda mübarizədə xal itirməməli olan yığmamız bu vəzifənin öhdəsindən gəlib.

Səfərdə oynayan komandamız Millətlər Liqasında ilk qələbəsini bayram edib. Yığmamız azarkeşlərini böyük hesablı qələbə ilə sevindirib – 3:0. Matçın ilk yarısında Riçard Almeyda hesabı açıbsa, fasilədən sonra Dmitri Nazarov fərqi artırıb. Görüşün sonlarında isə Almeyda penalti ilə dublu gerçəkləşdirib.

Qeyd edək ki, millimiz oktyabrın 14-də evdə Malta ilə qarşılaşacaq

Millətlər Liqası

D liqası, 3-cü qrup

III tur, 11 oktyabr

22:45. Farer adaları – Azərbaycan - 0:3

Qol: Riçard Almeyda, 29, 86 (p), Dmitri Nazarov, 68

Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya)

Torshavn. "Torsvollur” stadionu. 

Farer adaları: 1. Qunnar Nilsen, 3. Vilyormur Davidsen, 4. Atli Qreqersen (k), 6. Hallur Hansson, 7. Kay Leo Bartalsstovu, 8. Brandur Hendriksson Olsen, 9. Gilli Rolantsson Sorensen, 10. Finnur Yustinussen, 14. Yohan Simun Edmundsson, 15. Odmar Feryo, 16. Rene Şaki Yönsen

Ehtiyat oyunçular: 12. Teytur Matras Gestsson, 23. Kristian Yönsen, 2. Maqnus Eqilsson, 11. Heyni Vatnsdal, 13. Aleks Mellemqar, 17. Qunnar Vatnamar, 19. Roqvi Baldvinsson, 20. Eli Falkvard Nilsen, 21. Klemint Andrasson Olsen, 22. Pol Yohannus Yustinussen

Baş məşqçi: Lars Olsen

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 13. Dmitri Nazarov, 16. Rüfət Dadaşov, 17. Mahir Mədətov, 19. Rahil Məmmədov, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədliyev, 23. Səlahət Ağayev, 3. Ürfan Abbasov, 6. Bəxtiyar Həsənalızadə, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 18. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə

Baş məşqçi: Qurban Qurbanov

48     
Reklam

Reklam