» » Millimiz Farer adaları ilə üz-üzə

Millimiz Farer adaları ilə üz-üzə

Bu gün Millətlər Liqasında III tura start veriləcək.  D liqasının III qrupunda I dövrənin son iki qarşılaşması baş tutacaq. 

Azərbaycan millisi səfərdə Farer adaları ilə münasibətlərinə aydınlıq gətirəcək. Keçirdiyi ilk matçda heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk qələbəsini qazanmaq üçün mübarizə aparacaq.  

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan yığmamız 1 xal geri qaldığı rəqibini arxada qoymaq üçün Torshavndan qalib ayrılmalıdı. Qrupun lideri Kosovo Maltada xal itkisi ilə üzləşsə, millimiz zirvəni də ələ keçirmək imkanına malikdi.

Torshavn şəhərinin "Torsvallur” stadionundakı görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Oyunu rusiyalı hakimlər briqadası idarə edəcək.

Millətlər Liqası

D liqası, 3-cü qrup

III tur, 11 oktyabr

22:45. Farer adaları – Azərbaycan

Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko, Sergey Lapoçkin, Mixail Vilkov (hamısı Rusiya)

Torshavn. "Torsvollur” stadionu. 

34     
Reklam

Reklam