» » Legionerlər Qəbələdə yaşamağa razı olacaq?

Legionerlər Qəbələdə yaşamağa razı olacaq?

"Qəbələ”də eniş ötən mövsümün sonundan müşahidə olunur. Belə ki,  Azərbaycan Kubokunun finalında "Keşlə”yə məğlubiyyətdən sonra bir sıra aparıcı legionerləri ilə vidalaşan "Qəbələ” heyətə yeni oyunçular cəlb etsə də, hələ ki, istədiyi effekti ala bilmir.

Belə ki, ardıcıl məğlubiyyətlərdən sonra "Qəbələ” turnir cədvəlində arzulamadığı yerdə qərarlaşıb. Bu isə böyük bazası, infrastrukturu, maddi dayaqları və iddiaları olan klub üçün arzuolunmaz haldı. Şimal klubunda bıçaq sümüyə "Zirə”yə məğlubiyyətdən sonra dirəndi. Bir ara Sənan Qurbanovun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılsa da, rəhbərlik məsələni başqa cür həll etməyə qərar vedi. Sənan Qurbanova növbəti dəfə güvənən rəhbərlik dünən keçirilən iclasda ümumi problemləri müzakirə edib. 
Klub cəza sanksiyası olaraq bir sıra addımlar atıb. Belə ki, oyunlara hazırlığın böyük hissəsini Bakıda keçirən oyunçular dünən Qəbələyə göndərilib. Klub əvvəlkindən fərqli olaraq hər cür şəraitli otellərdə deyil, akademiyanın məskunlaşdığı məkanda qalacaq. Bunun maddi durumla heç bir əlaqəsi yoxdur. Sadəcə, məsələ cəza müstəvisi kimi həyata keçirilib. İndi maraqlısı odur ki, Bakıda yaşamağa öyrəşən və klubla müqavilə imzaladıqları zaman bu məqamı xüsusi vurğulayan legionerlər rayonda yaşamağa necə yanaşacaq?
Qeyd edək ki, "Qəbələ” VIII turda Topaz Premyer Liqasının lideri "Neftçi” ilə qarşılaşacaq. 
40     
Reklam

Reklam