» » "Neftçi"nin futbolçusu 250-yə çatdı

"Neftçi"nin futbolçusu 250-yə çatdı

"Neftçi"nin futbolçusu 250-yə çatdıTopaz Premyer Liqasının 7-ci turu "Neftçi”nin futbolçusu Tural Axundov üçün yubileylə əlamətdar olub. "Sabah”la matçın (2:0) 82-ci dəqiqəsində meydana daxil olan müdafiəçi Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Yarışda 2008/09 mövsümündə MOİK-in heyətində debüt edən Axundov sonradan "Muğan”, "Rəvan”, "Simurq”, "Kəpəz” və "Sumqayıt”da da çıxış edib. Müdafiəçinin hesabında 17 qol var.
Axundov ölkə çempionatında 250 və daha çox oyun keçirən 58-ci futbolçu olub.
27     
Reklam

Reklam