» » "Qəbələ" Sənan Qurbanovla bağlı qərarını verdi

"Qəbələ" Sənan Qurbanovla bağlı qərarını verdi

2018/19 mövsümünə zəif nəticələrlə başlayan "Qəbələ" klubunun rəhbərliyi klubdaxili iclas keçirib. "Qırmızı-qaralar"ın rəhbərliyi baş məşqçi Sənan Qurbanova şans verməyə qərar verib. Sənan Qurbanov istefa vermək düşüncəsində olsa da, onunla yolların ayrılmamasına qərar verilib. Heyətdə olan futbolçulardan isə qış fasiləsinə kimi göndərilən olmayacaq.

İlk 7 tur ərzində 4 məğlubiyyətlə üzləşən "Qəbələ", 1 qələbə, 2 heç-heçə ilə kifayətlənib. Komanda hazırda 6-cı pillədə qərarlaşıb və liderdən 14 xal geri qalır. 
47     
Reklam

Reklam