» » Ermənistan millisinin "gülbudağı"

Ermənistan millisinin "gülbudağı"

Ermənistan millisinin "gülbudağı"Futbol üzrə Ermənistan yığmasının yeni baş məşqçisi məlum olub. Ermənistan Futbol Federasiyası bu vəzifəyə Armen Gülbudaqyantsı təyin edib.
Son iş yeri "Pünik" olan mütəxəssis daha əvvəl ölkəsində "Alaşkert", "İmpuls" və "Banants"a rəhbərlik edib. 52 yaşlı məşqçi Ermənistanın U-19 və U-21 yığmalarının da baş məşqçisi olub. O, ötən ay istefa verən Vardan Minasyanı əvəz edib.
UEFA Millətlər Liqasında D Liqasının 4-cü qrupunda yer alan Ermənistan yığması iki turdan sonra 3 xalla 2-ci sıradadır.
38     
Reklam

Reklam