» » Con Terri karyerasını başa vurdu

Con Terri karyerasını başa vurdu

İngiltərə millisinin sabiq üzvü Con Terri karyerasını rəsmən başa vurub.  Bu barədə məlumatı 38 yaşlı futbolçu özü verib.  O, futbolçu kimi 23 illik inanılmaz karyerasından sonra futbolçdan getmək üçün doğru zaman yetişdiyini bildirib.  

Təcrübəli futbolçu sentyabr ayında Rusiyanın "Spartak" klubuna keçməyə yaxın olub.  Lakin mərkəz müdafiəçisi ailəsi ilə məsləhətləşdikdən sonra müqavilə imzalamaqdan imtina edib.  
Qeyd edək ki, Terri 1998-2017-ci illərdə "Çelsi"nin, 2017/18 mövsümündə isə "Aston Villa"nın uğurları üçün çalışıb.  Ulduz futbolçu 5 dəfə İngiltərə çempionluğu və 5 dəfə ölkə kubokunun, 3 dəfə İngiltərə Liqa kubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Avropa Liqasının qalibi olub.  
24     
Reklam

Reklam