» » Qoran Paratski: "Qolum effektli alınmasa da, effektiv oldu"

Qoran Paratski: "Qolum effektli alınmasa da, effektiv oldu"

"Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski "Sabah”la oyundan (2:0) sonra klubun rəsmi saytına müsahibə verib. Qol və qələbə sevincini gizlətməyən xorvatiyalı futbolçu liderliyi qorumağın yolunu da göstərib.



- Oyun haqda nə deyə bilərsiz?
- Asan olmadı. Xüsusilə komandamız azlıqda qalandan sonra çox çətin oldu.



- Erkən qoldan sonra qələbənin böyükhesablı olacağını təxmin etmək olardı?
- Deməzdim. Qarşımızda yaxşı bir rəqib var idi. Başa düşürdük ki, ikinci qolu vurmaq lazımdır. Məhz ondan sonra, demək olar, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik.



- Oyun ərzində ən çətin məqam hansı oldu?
- Dediyim kimi, birinci qoldan sonra oyuna nəzarəti saxlamaq. İkinci qolu vurmaq üçün imkanlarımız olsa belə, birinci hissədə bunlardan yararlana bilmədik.



- Mövsümdə ikinci qola imza atdız...
- Bəli, bu qolum birincidən fərqli olaraq o qədər effektli alınmadı, amma effektiv oldu. Qol vurduğum üçün şadam. Amma əsas odur ki, bu gün nə qədər güclü olduğumuzu göstərdik. Azlıqda qalsaq da, hesabı qoruyub saxlaya bildik.



- İlk dövrədən sonra birinci yerdəyik. Sizcə, liderliyi necə qorumalıyıq?
- Hər oyuna köklənib, hazır olmalıyıq. Zirvədə olmaq nə qədər sevindiricidirsə, o qədər də çətin və məsuliyyətlidir. Hər matçda yaxşı oyun göstərib, azarkeşlərimizin də dəstəyi ilə liderliyimizi qorumalıyıq.
53     
Reklam

Reklam