» » Vaqif Cavadov "Sumqayıt"da siftə etdi

Vaqif Cavadov "Sumqayıt"da siftə etdi

Topaz Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığını davam etdirən "Sumqayıt" klubu təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Premyer.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Samir Abasovun rəhbərlik etdiyi komanda 1-ci divizion təmsilçisi "Şərurspor"la qarşılaşıb. 

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandanın yeganə qolunu yeni transfer Vaqif Cavadov vurub.
Qeyd edək ki, "Sumqayıt" növbəti yoxlama oyununu bu gün AZAL-a qarşı keçirəcək.
286     
Reklam

Reklam