» » Adil Şükürov debütündən, Tərlan Əhmədov rəqibi tanımamaqdan danışdı

Adil Şükürov debütündən, Tərlan Əhmədov rəqibi tanımamaqdan danışdı

Topaz Premyer Liqasında debüt edən "Zirə” ilk oyunda uğur qazandı. Komanda doğma meydanında AZAL-dan üstün oldu – 1-0.
Adil Şükürov ("Zirə”nin baş məşqçisi): "Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk oyunlar çətin olur. Biz çox ağır oyun keçirdik. Düzdür, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı. Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Bütün bunlara rəğmən, ilk oyunu qalib başa vurduq. Bu münasibətlə klubumuzu təbrik edirəm”.

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi tanımırdım. Sadəcə, ötən il AZAL-da oynayıb, indi "Zirə”də çıxış edən futbolçulara bələd idim. Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq. Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var.”
408     
Reklam

Reklam