» » Karikari "Neftçi"nin məşqində iştirak etmədi

Karikari "Neftçi"nin məşqində iştirak etmədi

"Neftçi” Topaz Premyer Liqasının VII turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığını davam etdirir. "Səbail”lə qarşılaşmadan (4:0) sonra hazırlığa istirahətsiz başlayan komanda bu gün də "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və üzrlü səbəbdən komandanın düşərgəsindən ayrılan Kvame Karikari iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi” – "Sabah” oyunu oktyabrın 5-də "Bakcell Arena”da baş tutacaq.
50     
Reklam

Reklam