» » "Xəzər Lənkəran"ın sabiq kapitanı həvəskarlar liqasında çıxış edəcək

"Xəzər Lənkəran"ın sabiq kapitanı həvəskarlar liqasında çıxış edəcək

"Xəzər Lənkəran"ın sabiq kapitanı həvəskarlar liqasında çıxış edəcəkMilli komandamızın sabiq üzvü Tural Cəlilov həvəskarlar liqasında çıxış edəcək.  Təcrübəli futbolçu AFFA-nın təşkil etdiyi Region Liqasında top qovacaq. 31 yaşlı cinah müdafiəçisi "Şahdağ" klubunun heyətində forma geyinəcək. Son olaraq "Kəpəz"də çıxış edən Cəlilov, artıq Qusar təmsilçisinin düşərgəsində yer alıb və yeni mövsümə hazırlaşır. 

Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə milli komandalarımızda çıxış edən Cəlilov karyerası ərzində "Ədliyyə Bakı", "Gənclərbirliyi", "Simurq", "Xəzər Lənkəran", "Rəvan" və "Zirə" kimi komandalarda forma geyinib. Cəlilov "Xəzər Lənkəran" klubunda kapitan sarğısını daşıyıb.
322     
Reklam

Reklam