» » Məmmədov - Musayev qarşıdurması, yoxsa?..

Məmmədov - Musayev qarşıdurması, yoxsa?..

Məmmədov - Musayev qarşıdurması, yoxsa?..Ötən həftə AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Gündəlikdə duran məsələlərdən biri Hakimlər Komitəsi Hakim-İnspektorlar Komitəsindəki struktur dəyişikliyi idi.Elə gözlənilən oldu.Uzun müddətdir Hakimlər Komitəsinə rəhbərlik edən Xaqani Məmmədov Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov vəzifələrinfən uzaqlaşdırıldılar.Hər iki komitə isə birləşdirilərək Hakimlər Hakim-İnspektorlar Komitəsi adlandırıldı.Yeni komitəyə yerli hakimlərdən kiminsə rəhbər təyin olunacağı gözlənilsə ,bu, reallaşmadı. AFFA əcnəbi mütəxəssisə üstünlük verdi.AFFA yanındakı bu qurumun rəhbəri avstriyalı mütəxəssis,sabiq FIFA referisi,FIFA UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri,FIFA UEFA RAP(Hakimlərə Dəstək Proqramı)təlimatçısı Fritz Stuxlik oldu. Hakimlər Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nınİcraiyyə Komitəsinə tabedir rübdə1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə edəcək. Hakimlər Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunub.Rəsmi xəbər bu qədər.

İlk baxışdan bunu AFFA-nınbaş katibi Elxan Məmmədovun PFL prezidenti Ramin Musayevi"vurması", PFL-in ləğvi yolunda atılmış addımlardan biri kimi sezmək olar.Bu haqda mətbuatda da yazıldı,futbol ictimaiyyətində də fikirlər səsləndi.Elxan Məmmədov iclasdan sonra jurnalistlərə verdiyi açıqlamada təbii ki,iddiaları yalanladı.Komitələrin birləşdirilməsi barədə müzakirələrin çoxdan getdiyini və bu addımın UEFA ilə məsləhətləşdirilərək atıldığını söyləyən baş katib PFL-in ləğvinin gündəmdə olmadığını da söylədi.

Məsələnin başqa tərəfləri var.Bu günə qədər Hakimlər Komitəsi kağız üzərində AFFA yanında olsa da,Xaqani Məmmədov PFL başqanı Ramin Musayevlə yan-yana idi.Hakim təyinatlarına qədər bütün qərarları Musayevin verdiyi heç kimə sirr deyil.İstənilən hakimin"qələm”i Musayevin bir göstərişi ilə"qırılırdı".Bu mənada Elxan Məmmədovun sözügedən qurumu nəzarətə götürməsini PFL prezidenti üzərində növbəti qələbəsi də hesab etmək olar.I Divizionla bağlı prokururluğa müraciət və oyunların araşdırılması məsələsindən sonra Divizion və əvəzedicilərin vahid çempionatının olması Elxan Məmmədovun ilk"güllə"si idi. Başkatib hələki Musayevi yaralamağa davam edir.İndi də Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsini vahid struktur edib,rəhbər kimi də Fritz Stuxliki təyin etməsi növbəti zərbə kimi dəyərləndirilə bilər.Hamı açıq şəkildə etiraf edər ki,Elxan Məmmədov Ramin Musayevdən daha dünyagörüşlü və ağıllıdır.Necə deyərlər,Musayevi "ovlamağın" zamanını yaxşı bilir.Ramin müəllim də istəməsə də məcbur ayağını"mina"ya basır. Və bum...

Əslində,Elxan müəllim düz deyir.Bu məsələ həqiqətən çoxdan idi ki,gündəmdəydi. Məlum olduğu kimi2008-ci ildən etibarən Hakimlərə Dəstək Proqramına qoşulmuşuq,konvensiyanın üzvüyük.Bu proqramın bir çox tələbləri var.Onlardan biri də Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsi idi.O halda sual olunur?Nəyə görə geridə qalan10 ildə 2 komitə ayrı-ayrı fəaliyyət göstərirdi?Onları konvensiyaya üzv olduqdan dərhal sonra birləşdirməyə nə mane olurdu?

Başqa bir məqam.Yeni yaradılan komitənin üzvləri rəsmən elan olunmasa da,onların arasında Xaqani Məmmədov və Əli Hüseynovun yer almayacağı dəqiqdir.Bu məqamda başqa sual ortaya çıxır.Uzun müddət bu sahədə çalışmış hər iki şəxs hansı səbəbdən kənarda qalırlar?Hər iki suala Elxan müəllim cavab versə,daha yaxşı olar.

Görünən budur ki,Hakimlər və Hakim İnspektorlar Komitəsinin yaradılması Hakimlərə Dəstək Proqramının tələblərindən irəli gələrək həyata keçirilsə də,Elxan Məmmədov- Ramin Musayev"müharibəsi"ninbir hissəsidir.Bu dəfəki döyüşdə Elxan müəllim qalib gəldi.Müharibəni kim udacaq?Bunu zaman göstərəcək.

Yeri gəlmişkən,komitənin mümkün üzvləri arasında maraqlı adlara rast gəlmək olar.Onlardan biri vaxtilə Xaqani Məmmədovun hakimiyyəti dövründə hakimlikdən kənarlaşdırılmış Anar Salmanovdu.Artıq, Salmanovun AFFA-ya dəvət olunduğu və onunla söhbət aparıldığı məlumdur.

İlkin BABA

«Het-trik news» qəzeti

345     
Reklam

Reklam