» » “Qarabağ”dan nə gözləyək?

“Qarabağ”dan nə gözləyək?

“Qarabağ”dan nə gözləyək?Necə deyərlər,fasilə bitdi,seyrə davam.Bu həftə ölkə futbolu yenidən Avropa arenasında təmsil olunacaq.Baş rolda Qurban Qurbanov onun"Qarabağ"ıdır. Milli komandanın oyunundan sonra tənqid hədəfinə çevrilən Qurban müəllim bəlkə özü üçün rahat olacağı mühitdədir.Məhz onun rəhbərliyi ilə"Qarabağ" Çempionlar Liqası kimi mötəbər turnirin qrup mərhələsinə vəsiqə qazanmaqla bir ilkə imza atıb.Qrup mərhələsində necə nəticə göstərdi,bu başqa məsələdir.Ölkə futbolununun durumunu nəzərə alsaq,əslində, o, ən yaxşısını edib.Bu dəfə isə alınmadı.Çempionlar Liqası xəyalımız reallaşmasa da,artıq, azarkeş üçün adiləşən Avropa Liqasında mübarizəmiz davam edir.

 

Qrup mərhələsindəki rəqiblərimiz isə heç də türklər demiş"yenilir, yutulur cinsdən deyil".Yenə də daş atıb,başımızı tutacağıq. "Sportinq”, "Arsenal” və "Vorskla”. Komandamız İlk oyununu2 gün sonra Portuqaliyada"Sportinq”ə qarşı keçirəcək.Premyer Liqanın son turunda"Sumqayıt”la oyunda güclə3 xal qazanan"Qarabağ”ın ciddi rəqibi qarşısında hansı nəticəyə nail olacağı müəmmalıdır.Adətən "Qarabağ"ın siftəsi yaxşı olmur. Ümid edək ki, bu dəfəki başlanğıc bizi sevindirəcək.

 

Məlumat üçün qeyd edək ki, 1906-cı ildə qurulan Lissabon komandası18 dəfə ölkə çempionu olub, 16 dəfə Portuqaliya Kubokunu, 8 dəfə superkuboku əldə edib.Komandanın aktivində1 beynəlxalq titul var: 1964-cü ildə Kuboklar Kubokunu qazanıb.

Yeri gəlmişkən,rəqib cəbhəsindəki son duruma nəzər salsaq,əhval-ruhiyyə yüksəkdir.Bazar günü Liqa Kubokunda"Maritimo”nu qəbul edən lissabonlular3:1 hesabı ilə qalib gəliblər. "Sportinq"in baş məşqçisi Joze Pezeyru "Maritimu" ilə oyununda komandanın əsas qolkiperi Romen Salenə istirahət verəcəyini desə də,Saleh bütün oyunu meydanda olub. 58 yaşlı mütəxəssis daha öncə"Qarabağ"la oyuna görə yarımmüdafiəçi Rodriqo Battalya,müdafiəçilər Stefan Ristovski və Sebastyan Koatesə istirahət verəcəyini də bildirmişdi.Pezeyru burada da"sözünü tutmayıb”.Onlardan yalnız Ristovski oynamayıb.Digər 2 futbolçu 90 dəqiqə "tərləyib”.Hər halda, "Sportinq"in heyətində ciddi itkilər var.Lissabon təmsilçisinin ulduz futbolçuları- Luis Nani və Bas Dost Ağdam klubu ilə oyunu buraxa bilərlər. Hər iki futbolçu zədə səbəbindən komanda ilə məşq edə bilmirlər.Hazırda bərpa prosesi keçən oyunçuların doğma meydanda"Qarabağ"a qarşı keçiriləcək matçda oynamaq ehtimalı olduqca azdı.

 

İki komandanı müqayisə etsək, "Qarabağ"da futbolçuların ümumi dəyəri12,35 milyon avrodur.Ağdamlıların ən bahalı futbolçusu bolqarıstanlı Simeon Slavçevdir(1,1 milyon avro).Abdullah Zubirlə Dani Kintananın dəyəri1 milyon avro göstərilib.Miçel 900 min, Donald Gerye və Filip Ozobiç isə800 min avro dəyərində qiymətləndiriliblər. "Sportinq"də isəfutbolçuların ümumi dəyəri157,58 milyon avrodur.Komandanın ən bahalısı24 yaşlı portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandesdir(30 milyon avro).Bas Dost 22 milyon, Markos Akuna 15 milyon, Sebastian Koates 10 milyon avro dəyərində göstərilib.

 

UEFA-nınrəsmi saytı Avropa Liqasının qrup mərhələsinin I turunda"Qarabağ" komandasının Portuqaliyada"Sportinq"ə qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.Görüş Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşəcək. Belə ki, "Sportinq" 2018/2019-cu illər avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyəÇempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan "Qarabağ"isə qrupa düşənə qədər 8 oyun keçirib.

 

Daha bir maraqlı məlumat- "Sportinq"ev oyunlarını keçirdiyi"Joze Alvalade"də (stadionun tamaşaçı tutumu50.300-dü - İ.B.) "Qarabağ”la oyunda 3 min yer boş qalacaq. Bu, UEFA-nın Lissabon təmsilçisinə verdiyi cəza ilə bağlıdır. Ötən mövsüm Avroliqanın1/4 finalının "Atletiko" ilə cavab oyununda (1:0) yerli azarkeşlərgörüşün hakimlər briqadasınayad cisimlər atmışdılar. Məsələni araşdıran qitə futbol qurumu hadisəyə səbəb olan azarkeşlərinəyləşdiyi sektorların 1 oyunluq bağlanmasına qərar verib.

 

Qeyd edək ki, "Qarabağ” bu gün 19:00-da çarter reysi ilə Lissabona yola düşəcək.Sentyabrın 20-də keçiriləcək "Sportinq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Matçın baş hakimi fransalı Fransua Leteksiye olacaq. Ona həmyerliləri Siril Münyö, Mehdi Rahmuni kömək edəcəklər. 4-cü hakim Bertran Juanno, əlavə köməkçi hakimlər isə Frank Şnayderlə Kərim Abed olacaq.

 

Sonda hər2 komanda ilə bağlı bəzi maraqlı məlumatları diqqətinizə çatdırırıq:

 

"Sportinq"

 

- 2017/18-ci illər mövsümündə Portuqaliya çempionatında3-cü yeri tutaraq,Avropa Liqasına vəsiqə qazanıb.Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında "Aviş"ə uduzub - 1:2.

 

- Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri- 2009/2010-cu illər mövsümündən daimi iştirakçıya çevrilib.Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular2011/2012-ci illər mövsümündəbütün ev oyunlarındaqalib gələrək, yarımfinalçıolublar. Burada isə İspaniya təmsilçisi "Atletik"lə bacarmayıblar- 2:1, 1:3. "Şirlər"in yolunu ötən mövsümdə də İspaniya klubu - bu dəfə "Atletiko"kəsib - 0:2, 1:0.

 

- Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub.Komanda 2015/2016-cı illər mövsümündə Rusiya "Lokomotiv"inə 1:3 hesabı ilə yenilib. Avropa Liqasında evdə keçirdiyi oyunlardan10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.

 

"Qarabağ"

 

- 2017/18-ci illər mövsümündə ardıcıl5-ci dəfə Azərbaycan çempionu olan"Qarabağ" bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib.Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycanklubu olub. Bu dəfə isə "köhlən atlar"ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib - 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" komandasından iki oyunun nəticəsinə görə güclü olaraq (0:1, 3:0) qrup mərhələsinə vəsiqə qazanıb.

 

- Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib.Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. "Qarabağ"Ukraynanın "Dnepr" (2014/2015) və YunanıstanınPAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.

 

- Cari avrokubok mövsümündə səfərdə2 qol vursa da,yalnız "Şerif"ə uduzub.

 

Komandalar arasında əlaqə

 

- "Qarabağ"ın futbolçusu Simeon Slavçev2014 - 2018-ci illərdə müqavilə ilə"Sportinq"ə məxsus olub.Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasında oyun keçirməyibvə əsasən icarəyə verilib.

 

- "Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak kapitanı olduğu"Legia"nınheyətində"Sportinq"ə qarşı yarısı1/16 finalda(2011/2012), yarısı isə qrup mərhələsində(2016/

2017) olmaqla, 4 oyuna çıxıb.

 

- "Sportinq"in hücumçusu Lük Kastanyos Hollandiyanın"Tvente" komandasının heyətində"Qarabağ"a qarşı oynayıb.Hollandiyalı forvard Avropa Liqasının 2014/2015-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıbvə evdə qolsuz heç-heçə edən "köhlən atlar" ilk dəfə qrupa düşüblər.

 

Baş məşqçilər

 

- 2004/2005-ci illər mövsümündə "Sportinq"i UEFA Kubokunun finalına çıxaran Joze Pezeyru bu ilin yayından yenidən komandanın sükanı arxasına keçib. 58 yaşlı portuqaliyalı mütəxəssis İspaniyanın"Real” (Madrid) komandasında sabiq baş məşqçi Karluş Keyruşun köməkçisi olub,Avropanın və Yaxın Şərqin bir sıra komandasına rəhbərlik edib.O, həmçinin, Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi olub.Pezeyru sonuncu dəfə2016/2017-ci illər mövsümündə"Braqa"da işləyib.

 

- Qurban Qurbanov Azərbaycanmillisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çox sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində "Qarabağ"da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasınınsükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. O, 2017-ci ilin noyabrındanparalel olaraq Azərbaycanmillisinə də rəhbərlik edir.


 

"Het-trik news” qəzeti

223     
Reklam

Reklam