» » "Neftçi" hazırlığı bərpa etdi

"Neftçi" hazırlığı bərpa etdi

"Neftçi" hazırlığı bərpa etdi"Neftçi-2” ilə yoxlama oyunundan (1:0) sonra bir günlük fasiləyə buraxılan komanda dünən öz bazasında məşq edib.
Məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olmuş futbolçular iştirak etməyiblər. Hazırlıq bu gün axşam bir məşqlə davam edəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 21:00-da başlanacaq.
57     
Reklam

Reklam