» » Qurbanovdan maraqlı açıqlama: "Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm"

Qurbanovdan maraqlı açıqlama: "Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm"

Qurbanovdan maraqlı açıqlama: "Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm""Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik". Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının D divizionun III qrupunun ikinci turunda Malta ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib. 

Təcrübəli məşqçi görüləsi işlərin çox olduğunu, bütün narazılıqları üzərinə götürdüyünü bildirib: "Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm".
Qurban Qurbanov qrup lideri olmaq şanslarının qaldığını söyləyib: "Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.
149     
Reklam

Reklam