» » Millimizin utanc günü: Farer Adaları qədər də olmadıq

Millimizin utanc günü: Farer Adaları qədər də olmadıq

Millimizin utanc günü: Farer Adaları qədər də olmadıqUEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilib. Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşıb.

Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləmişdi. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabıyla uduzmuşdu.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Qapımıza təyin olunan penaltidən rəqib futbolçu dəqiq yararlanıb. Amma maltalıların erkən qoluna futbolçularımız vaxtında cavab verə biliblər. Qalan dəqiqələrdə isə qapılara başqa qol vurulmayınca, millimiz bu oyundan da 1 xalla ayrılmalı olub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Farer adaları ilə qarşılaşıb. Bu oyunda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

UEFA Millətlər Liqası

D Liqası, 3-cü qrup

10 sentyabr

22:45. Malta - Azərbaycan - 1:1

Qollar: Andrey Akus, 10 // Təmkin Xəlilzadə, 26

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar

Dördüncü hakim: Aleksandar Cikanoviç

Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).

Ta Qali. Milli stadion.

Malta: 1. Endryu Hoqq (GK), 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Akus, 6. Rayan Fenek, 8. Pol Fenek,  9. Maykl Mifsud (C), 10. Andre Şembri, 13. Jozef Mbong,  14 Jan-Pol Farruciya,  17, Rayan Kamilleri

Ehtiyat oyunçular: Anri Bonello, Stiv Sultana, Maykl Conson, Stiven Pisani, Roven Muskat, Xuan Korbolan, Ferdinando Apap, Yoan Bezzina, Alfred Effionq, Endryu Kohen, Roderik Briffa, Zoç Muskat

Baş məşqçi: Ray Farruciya

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Rauf Əliyev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Ürfan Abbasov, 6. Coşqun Diniyev, 9. Namiq Ələsgərov, 11. Ramil Şeydayev 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 16. Cavid Hüseynov, 17. Rəhman Hacıyev, 18. Məhəmməd Mirzəbəyov, 19. Rahil Məmmədov 

Baş məşqçi: Qurban Qurbanov

166     
Reklam

Reklam