» » Avropa Liqası oyunları BOS-da

Avropa Liqası oyunları BOS-da

Avropa Liqası oyunları BOS-da"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının yeri rəsmən dəyişdirilib. UEFA Ağdam təmsilçisinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi ilə bağlı müraciətini müsbət cavablandırıb.
"Qarabağ" Avropa Liqasında İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klubları ilə mübarizə aparacaq. Azərbaycan çempionu oktyabrın 4-də "Arsenal"ı, 25-də "Vorskla"nı, noyabrın 29-da "Sportinq"i qəbul edəcək.
Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda  təşkil olunacaq.
Əlavə edək ki, "Qarabağ"ın qrup oyunlarını BOS-da keçirəcəyini ilk olaraq Futbol11.az saytı məlumat yaymışdı.
50     
Reklam

Reklam