» » Millimiz İsraillə heç-heçə etdi

Millimiz İsraillə heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bi gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.  Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da İsraillə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. 

Yığmamız oyunun sonlarında hesabda öncə keçməyə yaxın olsa da, buna nail ola bilməyib. Ziya Əzizov 86-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlanmağ bacarmayıb.  

Qeyd edək ki, millimiz seçmə mərhələdə 8 oyundan sonra aktivinə 2 xal yazdırıb. 

6 sentyabr

Avropa çempionatının seçmə mərhələ oyunu

V qrup

21:00. Azərbaycan U-21 - İsrail U-21 - 1:1 

Qollar: Renat Dadaşov, 1 // Şon Zalman Veissman, 30

Hakimlər: Trustin Farrugia Cann, Alan Camilleri, Luke Portelli, Malcolm Spiteri (hamısı Malta)

"Dalğa Arena"

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacıyev, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Renat Dadaşov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 20ş Yusif Nəbiyev

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 7. Fərid Nəbiyev, 11. Barış Əkinciər, 13. Ziya Əzizov, 18. Amin Seydiyev, 21. İlkin Muradov

Baş məşqçi: Rəşad Sadıqov 

İsrail: 1. Assaf Tzur, 2 Yosef Raz Meir, 3. Yarden Mordehai Kohen, 4. İdan Naçmias, 5. Amit Bitton, 6. Neta Lavi, 9. Conatan Kohen, 11. Şon Zalman Veissman, 17. Or Dasa, 20. Qavriel Kaniçovski, 21. Moti Barşazki

Ehtiyat oyunçular: 23. Haviv Ohayon, 7. Omer Lako, 10. Matan Hoses, 12. Raz Nahmias, 15. Ofri Arad, 19. Ehab Qnayem, 22. Yonas Malede

Baş məşqçi: Marko Balbul 

55     
Reklam

Reklam