» » Löv: Özil geri qayıtmayacaq

Löv: Özil geri qayıtmayacaq

 Löv: Özil geri qayıtmayacaq Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv millini tərk edən Məsut Özil haqda fikirlərini bildirib. O, Məsutun bir daha milli komandaya qayıtmayacağını deyib. Löv Almaniyanın "Bild” nəşrinə açıqlamasında bunları söyləyib:
"Məsutun mətbuata verdiyi açıqlamadan sonra bir daha yığmaya qayıtmayacağı görünür. Onun ağlında daha Almaniya millisi yoxdur”.
Löv bir müddət əvvəl keçirdiyi mətbuat konfransında Məsutun son 20-30 ildə yetişən ən yaxşı almaniyalı futbolçulardan biri olduğunu demişdi.
Türk əsilli futbolçunun bu ilin may ayında Londonda Cenk Tosun və İlkay Gündoğanla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəkil alman azarkeşlər tərəfindən xoş qarşılanmamışdı və yarımmüdafiəçi təzyiqlərlə üzləşmişdi. DÇ-2018-dən sonra isə Məsut Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
56     
Reklam

Reklam