» » "Neftçi" məşqlərini bərpa etdi

"Neftçi" məşqlərini bərpa etdi

"Neftçi” məşqləri bərpa edib. Komanda dörd günlük fasilədən sonra bu gün öz bazasında məşq keçib. Məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycanın əsas millisi ilə U-21 yığmamızın düşərgəsində olan futbolçular, eləcə də üzrlü səbəbdən millinin düşərgəsindən ayrılan Səlahət Ağayev iştirak etməyiblər.

Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.
64     
Reklam

Reklam