» » Lövdən sərt qadağa: Otaqdan çıxma!

Lövdən sərt qadağa: Otaqdan çıxma!

Lövdən sərt qadağa: Otaqdan çıxma!Almaniya millisinin baş məşqçisi Yoahim Löv futbolçulara ciddi qadağalar qoyub. 58 yaşlı mütəxəssis millidə "komendant saatı” tətbiq edib. Belə ki, gecə saat 00.00-da bütün futbolçular oteldə, öz otaqlarında olmalıdırlar. Oyunçulara hətta bu saatdan sonra otelin içərisində gəzinti də qadağan olunub. Əvvəllər xəbər yayılmışdı ki, Almaniya millisinin müdafiəçisi Antonio Rudiger DÇ-2018 zamanı Rusiyaya özü ilə qəlyan aparmışdı. Qeyd edək ki, Almaniya DÇ-2018-də Meksika, İsveç və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparırdı və qrupda 4-cü yeri tutaraq pley-off mərhələsinə çıxa bilməmişdi.
54     
Reklam

Reklam