» » Qurban Qurbanovdan rekord göstərici: Avropa Liqasında hamını qabaqladı

Qurban Qurbanovdan rekord göstərici: Avropa Liqasında hamını qabaqladı

UEFA Avropa Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb. Qrup mərhələsində iştirak edəcək 48 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi "Kopenhagen”nin "sükanı arxası"nda olan Stale Solbakkeni geridə qoyub. Norveçli mütəxəssis 2013-ci ildən Danimarka təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ı çalışdırır.

Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasında da Qurban Qurbanov bu göstəricidə hamıdan öndə idi.

60     
Reklam

Reklam