» » Bakıda keçiriləcək DÇ-nin promo-videoçarxı təqdim olundu - VİDEO

Bakıda keçiriləcək DÇ-nin promo-videoçarxı təqdim olundu - VİDEO

Bakıda keçiriləcək DÇ-nin promo-videoçarxı təqdim olundu - VİDEOBakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə bağlı promo-videoçarx hazırlanıb. Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytında yerləşdirilən videoda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar Yurdu və Cüdo Yurdu kimi təqdim olunur.
 
"Cüdo ulduzları sentyabrda Azərbaycanda ilin ən böyük idman tədbiri sayılan dünya çempionatında qarşılaşa bilərlər. Bizə qoşulun ki, cüdoçuların idman dəyərlərindən necə dərs keçdiklərini, Odlar Yurdunun həm də Cüdo Yurdu olduğunu görəsiniz" deyə vurğulanır.
 
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
371     
Reklam

Reklam