» » “Sumqayıt” “Sabah”a qalib gəldi

“Sumqayıt” “Sabah”a qalib gəldi

Milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Sabah”la "Sumqayıt” bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Elita təmsilçiləri "Əlincə Arena”da üz-üzə gəliblər.
Qarşılaşmada hesabı "Sabah” açıb. Amma son dəqiqələrdə ardıcıl iki qol vuran sumqayıtlılar əzmkar qələbəyə seviniblər.
Yoxlama oyunu

2 sentyabr
Sabah - Sumqayıt 1:2
Qol: Tural Qürbətov, 38 - Nicat Qurbanov, 80. Filip İvanoviç, 84-öz qapısına.
53     
Reklam

Reklam