» » "Neftçi" istirahətə buraxıldı

"Neftçi" istirahətə buraxıldı

"Neftçi” bu gün səhər növbəti məşqə çıxıb. Komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib. Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. 

Hazırlıq prosesindən sonra komanda üzvləri istirahətə buraxılıb. Məşqlər sentyabrın 5-də bərpa olunacaq.
Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komandamız həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.
54     
Reklam

Reklam