» » "Neftçi" tam heyətlə çalışmadı

"Neftçi" tam heyətlə çalışmadı

"Neftçi" tam heyətlə çalışmadı"Neftçi” komandası bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb.  Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haitinin milli, eləcə də U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
Qeyd edək ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” sentyabrın 16-da IV tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.
73     
Reklam

Reklam