» » UEFA Kosovo - Azərbaycan oyunu ilə bağlı qərarını açıqladı

UEFA Kosovo - Azərbaycan oyunu ilə bağlı qərarını açıqladı

UEFA Kosovo - Azərbaycan oyunu ilə bağlı qərarını açıqladıAzərbaycan millisi UEFA Millətlər Liqasında D Liqasının III qrupunda Farer adaları, Malta və Kosovo bir qrupda çıxış edəcək. Azərbaycanın Kosovo ilə səfərdə keçiriləcəyi oyunla bağlı UEFA qərar verib.

Belə ki, sözügedən qarşılaşmanın neytral meydanda keçirilməsi variantı var idi. Lakin UEFA matçın Kosovonun paytaxtı Priştinada baş tutacağı ilə bağlı qərar verib. Noyabrın 20-də keçirləcək qarşılaşma "Fadil Vokkri" stadionunda baş tutacaq.
Qeyd edək ki, millimiz Kosovonu sentyabrın 7-də qəbul edəcək. Matç Bakı Olimpiya Stadionunda baş tutacaq.
129     
Reklam

Reklam