» » "Neftçi" "Qarabağ"la oyunun hazırlığını davam etdirir

"Neftçi" "Qarabağ"la oyunun hazırlığını davam etdirir

"Neftçi" "Qarabağ"la oyunun hazırlığını davam etdirir"Neftçi” PFK Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını davam etdirir. "Qəbələ” ilə matçdan (2:1) sonra bir günlük fasiləyə buraxılan komandamız dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqini bərpa etmişdi. Bu gün axşam saatlarında da komandanın məşqi nəzərdə tutulub. Qeyd edək ki, dünənki hazırlıq prosesində Ruslan Abışov və ayağında yüngül ağrılar hiss edən Soni Mustivar iştirak etməyiblər. Müalicəsini başa vuran Rəşad Eyubov və "Qəbələ” ilə oyundan sonra yüngül zədəsi olan Məhəmməd Mirzəbəyov isə komandadan ayrı məşq ediblər. 
Xatırladaq ki, avqustun 26-da "Azərsun Arena”da keçirəcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.
43     
Reklam

Reklam