» » “Valensiya” “Atletiko Madrid” oyununda 1 xal

“Valensiya” “Atletiko Madrid” oyununda 1 xal

“Valensiya” “Atletiko Madrid” oyununda 1 xalAvqustun 21-də İspaniya La Liqasının birinci turuna "Valensiya”-"Atletiko Madrid” oyunu ilə yekun vurulub. "Mestalya” stadionunda keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesab 26-ci dəqiqədə açılıb. Belə ki, Antuan Qrizmanın ötürməsini Angel Koreya dəyərləndirib - 0:1. Matçın 56-ci dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Rodriqo Moreno adını tabloya yazdırıb - 1:1. Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Qeyd edək ki, İspaniya çempionatının ikinci turunda "Atletiko Madrid” öz meydanında "Rayo Valekano" klubunu qəbul edəcək. "Valensiya” isə səfərdə "Espanyol” ilə üz-üzə gələcək.
45     
Reklam

Reklam