» » İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazandı

İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazandı

İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazandıAvqustun 20-də İngiltərə Premyer Liqasının ikinci turuna "Kristal Palas” – "Liverpul” oyunu ilə yekun vurulub. urun son oyununda Məhəmməd Salahın komandası "Kristal Palas”ın qonağı olub. Oyun "mersesayd”lıların qələbəsi ilə yekunlaşıb (0:2).
Matçda hesab birinci hissənin son dəqiqəsində açılıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Ceyms Milner şansını əldən verməyib. Qarşılaşmanın 75-ci dəqiqəsində hakim "Kristal Palas" klubunun müdafiəçisi Van Bisakaya qırmızı kart göstərərək meydandan kənarlaşdırıb. Oyunda son nöqtəni "Liverpul" klubunun seneqallı oyunçusu Sadio Mane qoyub. Qapıçı ilə təkbətək qalan hücumçu adını tabloya yazdırıb - 0:2. Beləliklə, "Liverpul" klubu Premyer Liqada ardıcıl ikinci dəfə qələbə qazanıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqanın açılış turunda Yurqen Klopun yetirmələri "Vest Hem" klubunu (4:0), "Kristal Palas" isə səfərdə "Fulhem" (0:2) komandasını məğlub edib.
Növbəti turda "Liverpul" "Brayton"la, "Kristal Palas" isə "Votford" klubu ilə qarşılaşacaq.
72     
Reklam

Reklam